Tatlısəs oğlu ilə barışdı

Tatlısəs oğlu ilə barışdı
2223 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İbrahim Tatlısəs və "Məni təhdid edir" deyərək polisə şikayət etdiyi oğlu Ahmet Tatlı barışıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ata-oğul "2. Sayfa" proqramı üçün bir araya gəlib.

Oğlu haqqında şikayət edən İbrahim Asiye Acarın suallarını cavablandırıb. "Ahmet gözümün işığıdır. Nə deyirəmsə, onu da yayımlayın. Məni bir tək Sibel Can və Hülya Avşar axtarır. Onlardan başqa heç kimin yadına düşmürəm. Ad demirəm, hamı özünü bilir" deyə, Tatlısəs açıqlamasında bildirib.

Qeyd edək ki, Tatlısəs sosial şəbəkədə ailə sirlərini mediaya ötürən bir satqının olduğunu bildirmişdi. Mediada hər kəs sözü oğlu Ahmetə atdığını vurğulayıb. Tatlısəs iddiaların yalan olduğunu bildirsə də, çox keçmədən ata oğulun əmlak üstündə üz-üzə gəldiyi ortaya çıxıb.