Kafedra müdiri koronavirusdan vəfat etdi

Kafedra müdiri koronavirusdan vəfat etdi
4561 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Slavyan Universitetinin Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova vəfat edib.

Axşam.az xəbər verir ki, o, koronavirus infeksiyasına yoluxub. Bu haqda məlumatı universitetin prorektoru Xanım Sultanova yayıb.

"Hamı kədər içindədir. İlk dəfə rektorumu belə için-için ağlayan gördüm. Cox ağır dərddir. Bütün Bakı Slavyan Universiteti əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun!" deyə, o, qeyd edib.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Naqif Nəbiyev də bir müddət öncə koronavirus səbəbindən dünyasını dəyişib.