Aktrisa Burcu Biricik ilə həyat yoldaşı Emre Yetkin koronavirus qorxusu ilə xəstəxanaya yollanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük İstanbulun Etiler səmtindəki bir xəstəxanada görüntülənib.

Covid-19 simptomları olan Yetkinə test edilib. Həmin ərəfədə isə Biricik göz yaşlarını saxlaya bilməyib. O, suallara "Daha əvvəl test etdirdik. Nəticə neqativ idi" cavabını verib.

Emre testdən sonra maskasını taxaraq, həyat yoldaşı ilə birlikdə motosikletinə minərək oradan uzaqlaşıb.



                 

Xəbər lenti