"Həyatımın ən əvəzsiz, xoşbəxt, sehirli anları… Allahın məni ən böyük mükafata layiq gördüyü gün, məhz ana olduğum, övladlarıma qovuşduğum gündür".

Axşam.az xəbər verir ki, bu sözləri iş xanımı Ruhi Əliyeva sosial şəbəkədə yazıb. Əkizlərini ad günü münasibətilə təbrik edən Əliyeva bunları yazıb:

"O gündən artıq tam 8 il ötür. Muhammet və Hasanımın doğum günüdür bu gün. Gəlişləriylə bütün acılarımı, əzablarımı unutdurub, mənə dünyada cənnəti yaşadan, balalarım, siz nə yaxşi ki, varsınız. Çox şükürlər olsun ki, həyatda ən ülvi, ali hissləri məhz siz mənə daddırdınız. Deyiləcək ən gözəl sözlər belə sizə olan sevgimin qarşısında acizdir. Ad gününüz mübarək, mənim oğullarım!

Arzum budur, Allah sizi yolunuzdan, xeyirxah əməllərinizdən, xoş niyyətinizdən, din-imanınızdan, vətən sevgisindən, heç zaman çaşdırmasın. Sizi çox sevirəm! Allah sizin timsalınızda bütün balaları qorusun, xoşbəxt eləsin. Bütün qızlarımıza bu anları yaşamağı arzu edirəm".



                 

Xəbər lenti