Aktrisa Hande Erçelin "Sen Çal Kapımı" serialında tərəf müqabili Kerem Bürsinlə sevgili olduğu iddia edilib.

Axşam.az xəbər verir ki, Kerem İstanbulda İstinyedə görüntülənib. Ekran işində Erçellə öpüşmə səhnəsi günlərlə müzakirə edilən aktyor sualları cavablandırıb.

"Öpüşmə səhnəsi ssenariyə əsasən oldu. İşimizə görə bunu etdik. Təəssüf ki, bunu şişirtdilər. İşimizə görə etməmiz gərəkən bir çox hallar var. Bizi anlayıb dəstək olmalısınız" deyə, Bürsin söyləyib.



Xəbər lenti