Koronavirusa yoluxan aktrisanın saçları töküldü

Koronavirusa yoluxan aktrisanın saçları töküldü
1964 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirus infeksiyasına yoluxan aktrisa Alissa Milanonun saçları tökülüb.

Axşam.az xəbər verir ki, bunla bağlı sənətçi İnstaqram hesabında paylaşım edib. Saçlarının Covid 19 infeksiyasına görə töküldüyünü iddia edən aktrisa hər kəsi maska taxmağa çağırıb.

İlk olaraq apreldə infeksiyaya yoluxduğunu açıqlayan Milano daha sonra 3 dəfə testdən keçib. Aktrisanın analizlərinin cavabı neqativ olub. Ancaq dördüncü test onun koronavirus olduğunu göstərib.

Milano saçlarının tökülməsinin üçüncü testdən sonra başladığını bildirib. Həkimlər isə virusun başqa orqanlara təsirsiz ötüşmədiyini söyləyib. Alissa samları ilə yanaşı, sinə ağrılarının da yarandığını deyib. "Bərbad bir virusdur. Diqqətli olun" deyə, aktrisa əlavə edib.