Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi

Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi
3656 dəfə oxunub
  • A-
  • A
  • A+

Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin keçmiş rəisi Pərvin Mirzəzadəyə yeni vəzifə verilib.

Axşam.az xəbər verir ki, bu barədə “Report”a XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə P.Mirzəzadə xüsusi tapşırıqlar üzrə səfir təyin olunub.

Qeyd edək ki, Pərvin Mirzəzadə mərhum Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin oğludur. 

Xatırladaq ki, Ceyhun Bayramovun digər əmri ilə  Rzayev Ramil Əbil oğlu nazirliyin Protokol idarəsinin rəisi təyin olunub.