"Hazırda COVİD 19 virusunun ən çətin mərhələsindəyik".

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədəki brinfinqdə deyib. Pandemiya ilə bağlı hazırda olan vəziyyətdən danışan ÜST rəhbəri hər kəsi vidura ciddi yanaşmağa çağırıb. Tedros vəziyyətin önümüzdəki aylarda daha da pisləşəcəyini gizlətməyib:

"Biz COVID-19 pandemiyasının kritik vacib kəsişməsindəyik, xüsusilə şimal yarımkürəsində. Növbəti bir neçə ay çox çətin olacaq və bəzi ölkələr təhlükəli trayektoriyadadır. Dünya ölkələrinin liderləri ölüm hallarının artması, səhiyyə sistemlərinin çökməsi və məktəblərin bağlanmasının qarşısının alınması istiqamətində dərhal addımlar atmalıdır".



                 

Xəbər lenti