Duen Conson ona sığınacaq verən kişiyə avtomobil bağışladı - Video

Duen Conson ona sığınacaq verən kişiyə avtomobil bağışladı - Video
1007 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Duen Conson 15 yaşı olarkən ona sığınacaq verən kişiyə avtomobil bağışlayıb.

Axşam.az xəbər verir ki, aktyor həmin anın görüntülərini İnstaqram hesabında paylaşıb.

Conson çətin zamanlarında ona dayaq olan kişi haqda bunları deyib:

"15 yaşımda Havaydan Neşvillə köçmək məcburiyyətində qaldım. Atam məni orada gözləməliydi, amma heç kim yox idi. Böyük şəhərdə kimsəsiz və pulsuz qalmışdım. Məni Bruno adlı kişi özü ilə apardı. O, reslinq üzrə menecer idi və təkərli evdə yaşayırdı. Məni işə götürdü və idman karyeramda ilk addımlarımı atmağa kömək oldu. Avtomobil almaq istəyəndə isə Bruno son 40 dollarını mənə kömək etmək üçün xərclədi".