Bəstəkarla xalq artistinin səmimi fotolarının səbəbi bəlli oldu

Bəstəkarla xalq artistinin səmimi fotolarının səbəbi bəlli oldu
3830 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Pərviz Mahmudov bu dəfə xalq artisti Brilliant Dadaşova ilə işbirliyinə başlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi müğənni üçün yeni bəstələr hazırladığını bildirib:

“Brilliant Dadaşova üçün bir mahnı yazmışam, hazırda aranjimandadır. Sözləri Leyli İsrafilovaya, musiqisi mənə, aranjimanı isə Hakan Erola aiddir. Ötən gün onun bağında qonaq oldum. Bəstələdiyim mahnılara qulaq asdı, içərisindən bir neçəsini seçdi. Bir-bir oxuyub, təqdim edəcək”.

Qeyd edək ki, P.Mahmudov xalq artisti ilə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb.