"Bu film üçün Cavad xanın ruhundan icazə istədim" - xalq artisti
Mədəniyyət
14:31 / 23.04.18
Xalq artisti Nurəddin Mehdixanlı "Cavad xan" filminin çəkilişləri barədə danışıb.
Axşam.az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, sənətkar çəkilişlərdən öncə Gəncəyə gedərək, Cavad xanın məqbərəsini ziyarət edib və onun ruhundan izn istəyib:
"Dedim ki, izn ver, səni yenidən tariximizə qaytaraq. Mistik görünsə də, çəkilişlərdə Cavad xanın ruhunu hiss edirdim. İstənilən tarixi obrazı canlandırarkən həmin dövrü, epoxanı, ab-havanı öyrənməlisən".
Xalq artisti aktyorun yaratdığını Allahın yaratdığıyla müqayisə edib:
"Aktyorun yaratdıqları Allahın yaratdıqlarına oxşayır və hətta deyərdim ki, eynidir. Çünki aktyorun da yaratdığının əlləri, ayaqları, gözləri var".