Ronaldo koronavirusa yoluxdu

Ronaldo koronavirusa yoluxdu
866 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yuventus"un və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo koronavirusa yoluxub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldonun Covid 19 testinin pozitiv çıxdığı açıqlanıb və o, karantinə alınıb. 

Portuqaliya Futbol Federasiyası açıqlamasında bildirib ki, 35 yaşlı Ronaldo özündə xəstəliyin heç bir simptomlarını hiss etmir. Buna baxmayaraq futbolçu son keçiriləcək oyunların siyahısından çıxarılıb. Hazırda Ronaldo ikinci testi verib və cavab gözlənilir.

Bundan başqa, Kriştiano A Seriyasının növbəti turunda "Krotone" və Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Kiyev "Dinamo"su ilə görüşdə iştirak edə bilməyəcək.