Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi
1133 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur italyan bəstəkar Ennio Morrikon vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 94 yaşlı bəstəkar bir neçə gün əvvəl yıxılaraq ayağını sındırıb. Romada xəstəxanalardan birinə yerləşdirilən Ennio dünyasını dəyişib.

Qeyd edək ki, Ennio Romada musiqiçi ailəsində anadan olub. Əvvəl gecə klublarında işə başlayıb, daha sonra isə teatrda fəaliyyətini davam etdirib. 1966-cı ildə filmlər üçün musiqilər bəstələməyə başlayıb. O, bu günə kimi 400-dən çox film və seriala mahnı bəstələyib.