Pərvinin "Əsgərə salam"ı video-çarx kimi təqdim olundu

Pərvinin "Əsgərə salam"ı video-çarx kimi təqdim olundu
2577 dəfə oxunub
  • A-
  • A
  • A+

Yazıçı-dramaturq Pərvinin son günlərdə qələmə aldığı "Əsgərə salam" müraciəti Gənc Tamaşaçılar Teatrı tərəfindən video-çarx olaraq hazırlanıb.

Axşam.az xəbər verir, bir qadının, ananın dilindən səngərdə döyüşən, vətən torpağını düşmən tapdağından xilas edən əsgərlə xəyali söhbət, etirafı kimi qələmə alınan esseni teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Aygün Fətullayeva, Sabirə Abdullayeva səsləndiriblər.

Video-müraciətin quruluşçu rejissoru Ayla Osmanova, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskov, montajçısı Əli Əliyevdir.

Qeyd edək ki, bu, teatrın əsgərə müraciət formasında hazırladığı ikinci işdir.