Müğənni Nadir Qafarzadə "Ağlama, sevdam" adlı yeni albomunun təqdimat mərasimini keçirib.
Axşam.az xəbər verir ki, sənətçi bunun 2014-cü ildə çox layihələrə imza atacağını bildirib:
"Ötən il səhnədə uğurlarım çox oldu. "Sən mələksən" adlı konserti və "Maral" mahnımı misal gətirə bilərəm. Əgər müzakirə edirlərsə, deməli, iş görürəm. Bu il də bir çox layihələri həyata keçirəcəyəm. Yeni albomumu kiməsə pulsuz bağışlamaq niyyətim yoxdur. Kim istəyirsə, bir az xərcə düşəcək".
Qeyd edək ki, N.Qafarzadənin yeni “Ağlama, sevdam” adlı albomunda 32 mahnı yer alıb. Albomda müğənnin yeni fotosessiyasından olan şəkilləri də yerləşdirilib.