Xatirə əməliyyatdan sonra imicini belə dəyişdi - fotolar

Xatirə əməliyyatdan sonra imicini belə dəyişdi -  fotolar
11632 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam burun əməliyyatından sonra ilk dəfə efirə çıxıb.

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olan ifaçı saç rəngində də dəyişiklik edib. Onları tünd rəngə boyayan Xatirə əməliyyatdan danışıb:

“Əməliyyatdan çox qorxurdum. Səsimin korlanacağından ehtiyat edirdim. Buna görə də kaprizlər göstərirdim. Hətta əməliyyatdan çıxanda narkozdan tam ayılmamış “Sarı gəlin” oxumağa başlamışdım. İndi görünüşümdən çox razıyam. Səsim də yerindədir. Bir az üzümdə şişlər var, onlar da tezliklə yox olacaq”.

Qeyd edək ki, Xatirə İstanbul FBM klinikasında estetik-cərrah Səbahəddin Kandal tərəfindən əməliyyat edilib.