"Möhtəşəm yüz il"dəki öpüşmə səhnəsi səs-küy yaratdı - fotolar
Ölkə
14:38 / 23.01.14
4275dəfə oxunub
A-
A
A+
"Möhtəşəm yüz il"in dünənki bölümündə Mihrimah Sultan və Rüstəm Paşanın öpüşmə səhnəsi müzakirələrə səbəb olub.
Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, Ozan Güvən və Pelin Karahanın bu cür yaxın münasibəti sosial mediada böyük səs-küy yaradıb.
Qeyd edək ki, bir neçə gün öncə aktyorların eşq yaşadığı iddia edilib. Ozan isə açıqlamasında "Mənim 40 yaşım var. Bir övlad atasıyam. 25 yaşındakı qızla sevgili olacaq qədər xaraktersiz deyiləm" - deyə bildirib.
Bu yaxınlarda həyat yoldaşından boşanan Pelin Karahan isə bu iddialar qarşısında susmağa üstünlük verib.