Acunun kanalında "O səs Türkiyə"nin qalibinə hörmətsizlik - video
"O səs Türkiyə" mahnı müsabiqəsinin qalibi adını qazanan Həsən Doğru TV8-də "Saba Tümərlə bu gecə" verilişinə qonaq olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, teleaparıcı Saba Tümərin təqdim etdiyi proqramda ifaçı xoşagəlməz halla qarşılaşıb.
Belə ki, H. Doğru verilişdə "Uzun, incə bir yoldayam" mahnısını ifa edib. Aparıcı Saba isə onun ifasını yarımçıq kəsib. S. Tümər bildirib ki, saat 10 tamamdır və futbol üzrə İspaniya kubokunun qarşılaşması efirə gedəcək.
Teleaparıcının bu hərəkəti mediada tənqid olunub.
Qeyd edək ki, TV8 telekanalı "O səs Türkiyə" yarışmasının aparıcısı Acun Ilıcalıya məxsusdur.