Hollivud aktyorları Şarliz Teron və Şon Penn haqqında yeni xəbər yayılıb.Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, cütlüyün artıq birlikdə yaşadığı bildirilir.
Bir neçə gün əvvəl Los-Ancelesdə alış-verişə gedərkən paparatsilərin hədəfinə düşən sevgililər ictimaiyyətdən gizlənməyə çalışmır.
53 yaşlı Şon Penn və 38 yaşlı Şarliz Teron Yeni ili də birlikdə keçirib. Onlar bayramı Havay adalarına qeyd edib.