Bir neçə il öncə ATV telekanalında yayımlanan “Qəfəs” realiti şousunun iştirakçıları Şəhriyar Əbilov və Cavid Sarıbalayev fotokameramıza tuş gəlib.
Axşam.az-ın məlumatına görə, onlar görüşərək köhnə xatirələri yada salıblar.
Xatırladaq ki, Şəhriyar və Cavid şouda iştirakçı Rəna Manaflıya olan sevgiləri ücbatından münaqişə yaşamışdılar. Bununla belə, keçmiş "Qəfəs"çilər indi dost olduqlarını, hətta tez-tez Rəna ilə də görüşdüklərini bildiriblər.
Qeyd edək ki, Ş.Əbilov hazırda ATV telekanalının "Bığ" şousunun aparıcısıdır.