Tuğba Ekinci sabah Bakıda olacaq - fotolar

Tuğba Ekinci sabah Bakıda olacaq -  fotolar
2781 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Tuğba Ekinci sabah Bakıya gəlir.

Axşam.az-ın məlumatına görə, “O şimdi asker” mahnısı ilə tanınan sənətçi paytaxt restoranlarından birinin açılışına qatılacaq. Müğənni bu haqda İnstaqram səhifəsində yazıb:

“Hazırlıqlara başladım. Dostlarım Bakıya dəvət edib. Heç getməyə bilərəmmi?”.

Qeyd edək ki, Tuğba həmçinin Bakıda klip çəkdirəcək. Klipin rejissoru isə Zöhrab Ağayevdir. Zöhrab Tuğbanın dörd gün Bakıda qalacağını bildirib:

“İlk dəfə türkiyəli müğənni azərbaycanlı rejissorla çalışacaq. Buna qədər Mahsun Kırmızıgülün klipi şəhərimizdə çəkilib. Amma həmin ekran işini öz rejissorları ərsəyə gətirmişdi. Klip maraqlı alınacaq. Çünki fərqli ideyam var".