Əfsanəvi futbolçu Devid Bekhem yeni reklam filminə çəkilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Bekhem daha əvvəl də əməkdaşlıq etdiyi H&M geyim brendinin tanıtım çarxı üçün kamera qarşısına keçib.
Filmdə Bekhemi paltarlı, yoxsa çılpaq görmək istədikləri barədə tamaşaçılara sual verilir. İzləyicilərin səsverməsi ilə ayrılıqda lentə alınan iki versiyadan biri seçiləcək.
30 saniyəlik reklam filmi yaxın zamanda təqdim olunacaq.