Ötən gün Sumqayıt şəhərində yeni “Xəlifə” restoranının açılış mərasimi baş tutub.
Axşam.az-ın məlumatına görə, gecəyə sənət aləminin tanınmış simaları qatılıblar.
Aparıcılığını Afaq Gəncəlinin etdiyi tədbir şou əhlinin maraqlı ifaları ilə yadda qalıb. Məşhurlar “Xəlifə”nin gözəl interyerinə və ləzzətli təamlarına heyran qalıblar. Məkana təriflər yağdıran müğənni Xumar Qədimova, Rəqsanə İsmayılova, Xatirə İslam, Gülay Zeynalova, Səidə Sultan, aktyor Fərda Xudaverdiyev və digər sənətçilər hər kəsi "Xəlifə"yə dəvət ediblər.
Eyni zamanda şadlıq sarayı kimi fəaliyyət göstərəcək “Xəlifə” toy, nişan və ad günü mərasimlərinizi unudulmaz edəcək. “Xəlifə” yeməklərinin dadlı və keyfiyyətli olması ilə yanaşı xüsusi dizaynı ilə də diqqət çəkir. Yüksək zövqlə hazırlanmış şadlıq sarayının müştərilərinə təqdim etdiyi bu imkanlardan yararlanmağa tələsin.
Qeyd edək ki, "Xəlifə" Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi 42 a ünvanında yerləşir.
Əlaqə nömrəsi: (050) 411 70 00, (050) 411 00 03