Alişan Bakıya toya gəlib - özəl fotolar

Alişan Bakıya toya gəlib -  özəl fotolar
3461 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Alişan Bakıdadır.

Axşam.az-ın məlumatına görə, ifaçı paytaxtımıza prodüser Anar Mədətovun dəvəti ilə gəlib.

Sənətçi bu gün keçiriləcək toy mərasimlərindən birində iştirak edəcək.

Alişanın sözlərinə görə, uzun müddətdən sonra Azərbaycana ilk dəfə səfər edib:

"Bakını sevirəm. Bura çox dəyişib".

Müğənni həmçinin deyib ki, yerli müğənnilərdən Aygün Kazımova və Röyanı bəyənir.

Xatırladaq ki, Alişanla bərabər "Slivki" qrupunun keçmiş solisti Karina Koks da toyda oxuyacaq. Mərasimin aparıcısı isə Nərgiz Cəlilovadır.

Foto: Rəşad ABBASOV