Zamiq yay planını gerçəkləşdirdi - Fotolar

Zamiq yay planını gerçəkləşdirdi -  Fotolar
4065 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zamiq Hüseynov yay mövsümünün ilk konsertini edib.

Axşam.az xəbər verir ki, sənətçi dənizkənarı istirahət mərkəzlərindən birində səhnəyə çıxıb. Tədbirin aparıcısı Mədinə Abdullayeva olub.

Zamiq gecəni "Varmı" adlı mahnısı ilə açıb. O, daha sonra ard-arda sevilən mahnılarını səsləndirib. İki saata yaxın səhnədə olan müğənni 20-yə yaxın bəstəni canlı ifa edib.

Konsertdə Zamiqin duet ortaqları Elşad Xose və Nadir Nəğd Pul da yer alıblar. Müğənni gecəni "Unudaram" mahnısı ilə bitirib.