Məşhur müğənni Kayli Minoq yeni klipini təqdim edib.Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı sənətçi "Into The Blue" ("Maviyə doğru") mahnısının ekran işini pərəstişkarlarının ixtiyarına verib.
Mahnı avstraliyalı müğənninin martda təqdim olunacaq "Kiss me once" ("Məni bir dəfə öp") albomuna daxildir.
Klipdə iki sevgilinin münasibəti əks olunur. Kayli Minoqun tərəf müqabili rolunda fransız aktyor Kleman Siboni iştirak edir. Cazibədar müğənninin klipdə geyindiyi açıq-saçıq geyimlər diqqət çəkib.