“Kişilərin gözündə hansı xanımlar maraqlı görünür?” – anons
ATV telekanalında yayımlanan “Şarm” verilişi bu dəfə də maraqlı mövzularla efirə gələcək.
Axşam.az-ın məlumatına görə, xanımlar dəri problemlərinə peşəkar kosmetoloqların məsləhəti ilə çarə tapacaqlar. 2014-cü ilin makiyaj və geyimlərində nələrin dəbdə olduğunu “Şarm”ın növbəti buraxılışında izləyə biləcəksiniz. “Kişilərin gözündə hansı xanımlar maraqlı görünür?” sorğusuna güclü cinsin nümayəndələrindən cavab alacaqsınız.
Qeyd edək ki, “Şarm” verilişinin növbəti buraxılışını həftənin cümə axşamı 15:30-da izləyə bilərsiniz. Proqramın informasiya dəstəyi Axşam.az saytıdır.