Zaur və Günay: “Bu həftə “Şarm”da biz də varıq” – anons

Zaur və Günay: “Bu həftə “Şarm”da biz də varıq” –  anons
9619 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Şarm” bu dəfə də maraqlı mövzularla diqqət çəkəcək.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur və Günay Baxşəliyeva cütlüyü yeni evlənən həmkarlarından danışacaqlar. Qaynağın saç üçün ziyanlı olub-olmaması ilə bağlı məlumatı “Şarm”ın budəfəki buraxılışında əldə edə biləcəksiniz. Kosmetologiyadakı yeniliklərdən verilişdə xəbərdar olacaqsınız.

Qeyd edək ki, "Şarm" həftənin cümə axşamı saat 15:30-da Axşam.az-ın informasiya dəstəyi ilə ATV telekanalında yayımlanır. Proqramın aparıcısı Aydan Axundova, rejissoru Afət Mehdiyeva, müxbirləri Əminə Kazımova, Jalə Ocaqverdiyeva, montajçısı Elçin Elxanlı, prodüseri Sərxan Qədimovdur.