Daha bir müğənni "Zirvədəkilər"ə qatıldı - video

Daha bir müğənni "Zirvədəkilər"ə qatıldı - video
1654 dəfə oxunub
  • A-
  • A
  • A+

Daha bir tanınmış sima “Zirvədəkilər” layihəsinə qoşulub.

Axşam.az-ın məlumatına görə, bu dəfə müğənni Nadir Qafarzadənin “Xainsən” adlı mahnısı nominantlar siyahısına daxil olub. Əsərin söz və musiqisi Tural Bayraməliyevə məxsusdur. Nadirin bu mahnısına çəkilən video-çarx artıq sosial şəbəkələrdə yayılıb. Tamaşaçılar Nadir Qafarzadəyə “Zirvədəkilər” layihəsinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində səs verə bilərlər.

Qeyd edək ki, “Zirvədəkilər” layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. Layihənin informasiya dəstəyi Axşam.az saytına məxsusdur. Səsvermənin nəticəsi mayda bəlli olacaq. Bununla bağlı böyük qala konsert keçiriləcək. Gecədə qaliblərə mükafatları təqdim olunacaq.