“Yandım hər gecə”yə ekran həyatı verildi - Video

“Yandım hər gecə”yə ekran həyatı verildi - Video
2245 dəfə oxunub
  • A-
  • A
  • A+

Qısa zamanda sevilən və məşhurluq qazanan “Dostlar” qrupu “Yandım hər gecə” adlı mahnılarına ekran həyatı verib.

Axşam.az xəbər verir ki, bu barədə qrup üzvləri “Onlar” verilişinə açıqlamalarında məlumat verib:

“Mahnını demo versiyada Youtube kanalına yerləşdirəndə çoxlu sayda baxış əldə etdi. Şərh yazaraq hər hər kəs mahnıya klip çəkdirməyimizi istəyirdi. ATV telekanalında yayımlanan “Qrup Nömrə 1” müsabiqəsinin iştirakçıları olduğumuza görə, düşündük ki, elə o layihənin bütün işçi qrupu da bizimlə olsun. Klipin rejissoru Tural Rəcəbovdur.

Rejissor Tural Rəcəbov və quruluşçu rejissor Beyrək isə klipdə süjet xəttinin olmadığını deyiblər: “Baş rol ifaçısı Tural gözünün önündə öz arzuladığı obrazı canlandırır. Sevgililərin qovuşa bilməməsini əks etdirəcəyik. Burda ağ-qaranın kontrastı var. Bütün əmək ATV telekanlına məxsudur”.

Qeyd edək ki, klipdə “Onlar” verilişinin müxbiri Çinarə Eminova və prodüseri Tural Nəbiyev rol alıb.