Ədalət "Zirvədəkilər"ə qoşuldu - video

Ədalət "Zirvədəkilər"ə qoşuldu - video
901 dəfə oxunub
  • A-
  • A
  • A+
“Zirvədəkilər” layihəsinin növbəti nominantı əməkdar artist Ədalət Şükürov olub.

Axşam.az-ın məlumatına görə, müğənni müsabiqə üçün “Birinci yarım” mahnısını səsləndirib. Bəstənin sözləri Elmir Gəraybəyliyə, musiqisi isə Ə. Şükürovun özünə məxsusdur. Əməkdar artistin bu mahnısına çəkilən video-çarx artıq sosial şəbəkələrdə yayılıb. Tamaşaçılar Ədalət Şükürovun “Zirvədəkilər” layihəsinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində səs verə bilərlər.

Qeyd edək ki, “Zirvədəkilər” layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. Layihənin informasiya dəstəyi Axşam.az saytına məxsusdur. Səsvermənin nəticəsi mayda bəlli olacaq. Bununla bağlı böyük qala konsert keçiriləcək. Gecədə qaliblərə mükafatları təqdim olunacaq.

“Zirvədəkilər”in ilk nominantları fevralın 14-də Lider TV-də yayımlanan “Bu saat” verilişində çıxış edib. İlk buraxılışda ən çox səs toplayan gənc ifaçı Mədət İsgəndərov olub. Onun “Obsession” mahnısı 968 səs toplayıb. Növbəti buraxılış fevralın 21-də, saat 17:00-da baş tutacaq.