Nadir Vaqif Mustafazadənin mahnısını oxudu - video

Nadir Vaqif Mustafazadənin mahnısını oxudu - video
1328 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə Azərbaycan caz musiqisinin banisi Vaqif Mustafazadənin mahnısını ifa edib.

Axşam.az xəbər verir ki, “Qurban belə gəlinə” adlanan bəstənin sözləri Aşıq Əhlimana məxsusdur. N. Qafarzadə bu haqda təəssüratlarını bölüşüb:

“Hər zaman unudulmaz sənətkarlarımızın əsərlərinə müraciət edirəm. Vaqif Mustafazadə bəstəsini ifa etmək çoxdankı arzum idi. Şükürlər olsun ki, istəyimə çatdım. O, Azərbaycan musiqisi adına bir çox yeniliklər edib. Martın 16-da ölməz sənətkarın doğum günüdür. Məhz onun ruhunu şad etmək üçün belə bir addım atdım”.

Qeyd edək ki, V.Mustafazadə 1940-ci ildə İçərişəhərdə dünyaya gəlib, 1979-ci ildə Özbəkistanda dünyasını dəyişib.