“Zirvədəkilər”in növbəti nominantı: Sevda - video

“Zirvədəkilər”in növbəti nominantı: Sevda -  video
2721 dəfə oxunub
  • A-
  • A
  • A+
“Zirvədəkilər” layihəsinin növbəti nominantı da bəlli olub.

Axşam.az-ın məlumatına görə, bu dəfə rəqqasə-müğənni Sevda Sanəliyeva müsabiqəyə qatılıb. Sevda “Zirvədəkilər” üçün "Öyrəşdim" mahnısını səsləndirib. Bəstənin musiqisi Zülfi Bədəlova məxsusdur. Müğənninin bu mahnısına çəkilən video-çarx artıq sosial şəbəkələrdə yayılıb. Tamaşaçılar Sevda Sanəliyevaya “Zirvədəkilər” layihəsinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində səs verə bilərlər.

Qeyd edək ki, “Zirvədəkilər” layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. Layihənin informasiya dəstəyi Axşam.az saytına məxsusdur. Səsvermənin nəticəsi mayda bəlli olacaq. Bununla bağlı böyük qala konsert keçiriləcək. Gecədə qaliblərə mükafatları təqdim olunacaq.

“Zirvədəkilər”in ilk nominantları fevralın 14-də Lider TV-də yayımlanan “Bu saat” verilişində çıxış edib. İlk buraxılışda ən çox səs toplayan gənc ifaçı Mədət İsgəndərov olub. Onun “Obsession” mahnısı 968 səs toplayıb. Növbəti buraxılış fevralın 21-də, saat 17:00-da baş tutacaq.