Xalq artisti Aygün Kazımova özünə gizlin ad günü edib.
Axşam.az-ın məlumatına görə, 49 yaşını qeyd edən müğənninin doğum gününə yaxın dostları və sənət yoldaşları qatılıb. Sənətçinin şad gününə qatılanlar sırasında müğənnilər Rəhim Rəhimli, Dilarə Kazımova, aparıcılar Hacı Nuran Hüseynov, Kazım Sübhan, şairə Nigar Həsənzadə, şair Cəlal Qurbanov və başqaları olub.
Qeyd edək ki, uzun illər ad gününü təmtəraqlı və mediaya açıq şəkildə qeyd edən A.Kazımova son iki ildir bundan yan qaçır.
Foto: Ramin Aslanov
