İradə bacısını təbrik etdi

İradə bacısını təbrik etdi
3040 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni İradə İbrahimovanın bacısı Sonanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçi bacısını İnstaqram səhifəsində təbrik edib:

“Anamın və atamın bu həyatda mənə verdiyi ən böyük hədiyyə, var-dövlət bacılarımdır. Bunun üçün onlara nə qədər də təşəkkür etsəm, az olar. Bu həyatda ilk rəfiqələrim bacılarımdır. Məni onlardan yaxşı başa düşən olmaz. Köhnə günlərdəki kimi bir evdə yığışıb otura bilməsək də, bacı ən yaxın rəfiqəm olaraq qalacaq. Hər bir insanın bu həyatda bir bacısı olmalıdır. Sonam, sonbeşiyimiz, ən həssasımız, ad günün mübarək”.

Vizajist Nigar İbrahimova da bacısını İnstaqram səhifəsi vasitəsilə təbrik edib:

“Allahdan həmişə arzum o olub ki, iki bacımı da yerbəyer edim, bu da mənə qismət oldu. Həmişə ocağın isti, işıqlı olsun. Yeni qurduğun yuvan pis, qəlbi xain insanlardan uzaq olsun. Doğum günün mübarək, hər zaman xoşbəxt ol”.