ATV-nin aparıcısı Samirə Mustafayevaya ağır itki üz verib. Axşam.az-ın məlumatına görə, bu gün səhər saatlarında telejurnalistin nənəsi vəfat edib. Samirə nənəsinin fotolarını İnstaqram səhifəsində paylaşaraq “Qəbrin nurla dolsun” sözlərini yazıb. Aparıcı nənəsinin heç bir xəstəliyi olmadığını, qəfildən halının pisləşdiyini söyləyib.