"Mister Karter" adlı albomunun tanıtımı üçün dünya turuna çıxan məşhur müğənni Beyons növbəti konsertini Qlazqoda verib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl "Qremmi" mükafatlandırma mərasimində kökəldiyi iddia edilən sənətçi Şotlandiyadakı performansı ilə formada olduğunu nümayiş etdirib.
Beyons bir neçə dəfə geyimini dəyişdirərək sevənlərinə əsl şou göstərib. Sənətçinin pərəstişkarları yağışlı havaya baxmayaraq, saatlarla bilet növbəsində durub.