"Açıq-saçıq hərəkətlərlə uşaqları öyrədirəm"

"Açıq-saçıq hərəkətlərlə uşaqları öyrədirəm"
4589 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur müğənni Mayli Sayrus növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin "Bangerz" dünya turunda verdiyi konsertlərdə açıq-saçıq hərəkətlərə yol verməsi izləyicilərini narahat edir.

Maylinin konsert verdiyi bir çox salonlara ifaçının pərəstişkarları tərəfindən şikayət gəlib. Salonlar isə öz növbəsində Sayrusa xəbərdarlıq edib.

Müğənninin məsələ ilə bağlı verdiyi açıqlama da qeyri-adi olub:

"Deməyin ki, sizə bu barədə xəbərdarlıq etməmişəm. Üstəlik, şoularımın porno ilə əlaqəsi yoxdur. Mən yalnız uşaqlara bəzi şeyləri öyrədirəm".