Müğənni Sevil və Sevinc bacıları uzun aradan sonra ilk dəfə kamera qarşısına keçiblər.
Axşam.az-ın məlumatına görə, 3 həftə əvvəl "İstanbul FBM" klinikasında plastik burun əməliyyatı keçirən sənətçilər “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olublar. Sevil və Sevinc yeni görünüşündən razı qaldığını bildirib:
“İnsanları burun əməliyyatında çox şey narahat edir: incidici tamponlar, əməliyyatdan sonra üzdə qara ləkələrin qalması. Bunların heç biri ilə rastlaşmadıq. Nəfəsalmada problemimiz olmadı. Əməliyyatdan üç həftə keçib. Burnumuz istədiyimiz formadadır. Deyilənə görə, hələ üç-dörd aydan sonra daha yaxşı olacaq”.
Foto: Rəşad ABBASOV