Sənanın yeni klipindən fotolar

Sənanın yeni klipindən  fotolar
4053 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sənan Əliyev "Zaman" adlı yeni mahnı səsləndirib.

Axşam.az xəbər verir ki, bəstənin klip çəkilişləri də artıq yekunlaşıb. Sözləri müğənninin özünə, musiqisi Uzik AbdulCabbara məxsus olan mahnının ekran işi Emil Quliyevə həvalə edilib. Tezliklə təqdim olunacaq klipdə bəzi açıq-saçıq səhnələr yer alıb.

“Mahnı çox hissiyatlıdır. Hər bir insanın həyatında ayrılıq baş verir. Real həyatda yaşanan, hazırda çox aktual olan hadisəni qısa formada klipdə göstərməyə çalışdım. İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini bitirmişəm. Burada eyni zamanda aktyorluq bacarığımı nümayiş etdirdim. Klipi ”Art film production”ın rəhbəri Emil Quliyev çəkib. Maraqlı alındığına inanıram” - deyə sənətçi bildirib.

Qeyd edək ki, Sənan “Azəristar” yarışmasının iştirakçısı olub, on ildir müğənni kimi fəaliyyət göstərir. İfaçının “Zaman” adlı klipinin çəkilişindən fotoları təqdim edirik.

Foto: ”Art film production”