Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə birlikdə İstanbula yollanıb.
Axşam.az-ın məlumatına görə, şəhər gəzintisinə çıxan Aynişan “Çalıquşu” serialının çəkildiyi Mərmərə Universitetində olub. O, fotolarını paylaşaraq “Kamranın Fəridəyə evlənmə təklif etdiyi yer, Çalıquşunun məktəbi” sözlərini yazıb.
Qeyd edək ki, Aybəniz Haşımova İstanbula 26 Fevral Xocalı soyqırımı ilə bağlı səfər etdiklərini bildirib. Əməkdar artist və qızı qardaş ölkədə keçiriləcək bəzi tədbirlərə qatılacaq, çıxışlar edəcəklər.