Rəqqasə Fatimə Fətəliyeva mahnı oxuyub.
Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Alma almaya bənzər” verilişi üçün ərəb müğənnisi Nensi Ajramın obrazına girib. Fatimə onun mahnılarından birini ifa edərək klip çəkdirib. Rəqqasənin rol aldığı veriliş yaxın günlərdə yayımlanacaq.
Hər zaman rəqqasə kimi efirlərdə görünən F.Fətəliyeva ilk dəfə kamera qarşısında müğənni kimi çıxış edəcək.
Qeyd edək ki, Nensi Ajram 1983-cü ildə Beyrutda dünyaya gəlib. Bir çox müsabiqələrin qalibi olub. Onun “Mihtagalak” (“Sən mənə lazımsan”), “Sheel Oyoonak Anni” (“Gözlərimin içinə bax”) kimi sevilən albomları var.