“Özünə bax”da ilk yarımfinalçılar bəlli oldu – fotolar

“Özünə bax”da ilk yarımfinalçılar bəlli oldu – fotolar
3253 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Özünə bax” yarışmasının ötəngünkü buraxılışı maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, bu dəfə münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, modelyer Afaq İsmayıliva, moda mütəxəssisi Elnarə Bəkir əyləşib. Verilişə qatılan gənclərdən Leyla Nuruşova, Tofiq Qazıyev, Şahin Qurbanov ikinci yarımfinala vəsiqə qazanıb. 18 yaşlı Leyla model və aktrisa, 21 yaşlı Tofiq interyer-dizayner, 21 yaşlı Şahin isə model kimi fəaliyyət göstərir. Ülviyyə Hüseynovanın geyim tərzini münsiflər bəyənməyib.

Qeyd edək ki, veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftədə 3 gün saat 15:00-da yayımlanacaq. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru isə Qəmər Abbasovadır.

Müsabiqədə birinci yerin sahibi olan xanıma tac, oğlana isə avtomobil hədiyyə olunacaq.