Əməkdar artist Gülyaz Məmmədova “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olub. Axşam.az-ın məlumatına görə, verilişin yaradıcı heyəti G.Məmmədovanın oğlu Ramazanı ondan xəbərsiz efirə çıxarıb. Əməkdar artist oğlunun tərbiyəsindən söz açaraq onun gözəl səsi olduğunu bildirib:
“Oğlum hazırda İncəsənət Universitetinin birinci kurs tələbəsidir. Onun böyüdülməsində heç bir problem yaşamamışam. Ağıllı, sakit uşaq olub. Efirə çıxacağını gözləmirdim. Bu mənə sürpriz oldu”.