Ramal “Biletini alma”nı Günayla oxudu – video
Müğənni-bəstəkar Ramal İsrafilov “Biletini alma” mahnısını həmkarı Günay İbrahimli ilə birlikdə duet şəklində oxuyub.
Axşam.az-ın məlumatına görə, sənətçi Pərvin Lətifovun restoranının açılış mərasimində bir araya gələn ifaçılar qonaqları təəccübləndirib. Piano arxasına keçən Ramal “Biletini alma” bəstəsini ifa edib. Günay da mikrofonu götürərək ona qoşulub.
Qeyd edək ki, bəsətnin müəllifi Ramal özüdür. Mahnını ilk olaraq xalq artisti Aygün Kazımova ifa edib. Daha sonra Ramal onu səsləndirərərk klip çəkdirib.