Müğənninin 19 yaşlı oğlu evlənib - Fotolar

Müğənninin 19 yaşlı oğlu evlənib -  Fotolar
3807 dəfə oxunub
  • A-
  • A
  • A+

"Иванушек International" qrupunun solisti Kirill Andreyevin 19 yaşlı oğlu evlənib.

Axşam.az Rusiya KİV-nə istinadən xəbər verir ki, toydan fotonu atası ilə eyni adı daşıyan kiçik Kirill İnstaqramında paylaşıb. O, toyun 3 ay əvvəl baş tutduğunu bildirib.

Bir müddətdir sevgili olduğu Adelina ilə münasibətlərini rəsmiləşdirən Kirill "Sevgim, günəşim, işığım... Toydan 3 ay keçdi. Həmin günü ən xırda amillərinə qədər xatırlayıram. Atamla anamın sevgisi mənə örnək oldu və eynisini yaşamaq istəyirəm. Həyat yoldaşım - səni sevirəm" sözlərini yazıb.

Qeyd edək ki, Kiril və Lolita 20 ildir ailəlidir.