“Victorias Secret” brendinin məşhur modeli Gigi Hadid ana olacaq.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, 20 həftəlik hamilədir.
Sənətçinin övladının atası isə sevgilisi, dünya şöhrətli müğənni Zayn Malikdir.
Qeyd edək ki, 25 yaşlı Gigi uzun illərdir Zaynla eşq yaşayır. Onlar bir müddət öncə ayrılsalar da, yenidən barışıblar.