Kuper Pedi Avstraliyanın cənubundə yer alan Adelayde şəhərinin şimalında yer altında bir qəsəbədir. Burada minlərlə adam 100 ildir yerin altında yaşayır. Səbəbi isə çox maraqlıdır…
Axşam.az xəbər verir ki, qəsəbə Adelayde şəhərinin 846 km şimalında 2 min nəfərin yaşadığı ərazidir. Əhalinin üç yüzə yaxını Aborjinlər adlı millətdən ibarətdir. Aborjinlər bu bölgəni “kupa-puti” yəni, “su hövzəsi” adlandırır.
Bu qəsəbəni maraqlı edən isə torpağın altında yerləşən evlərdir. Buranın əhalisi mədən ərazisində yerləşən tunelləri birləşdirirərək 1500 ev inşa edib və onları bir-birinə bağlayıb.
Şəhərin 60%-i uzun illərdir yerin altında, oyulmuş evlərdə yaşayır. 43 dərəcə istiliyə və quraqlığa dayana bilməyən qəsəbə sakinləri çarəni evlərini yer altına daşımaqda tapıb. Bunlarla yanaşı, qəsəbədə bir çox mağaza, kilsə, muzey və otel var.
Bütün bunlara baxmayaraq, qəsəbə dünyanın bütün şəhərləri kimi eyni müasir imkanlara sahibdir.