Axşam.az xəbər verir ki, müğənni atası və nəvələri ilə kamera qarşısına keçib. İsgəndərli bildirib ki, oğlu Kərimlə eyni binada yaşayır:
"Bu evdə 15 ildən çox yaşayıram. Dizaynı özün etmişəm. Oğlum ailəsi ilə dördüncü mərtəbə yaşayır. Yaxşı ki, yaxınımda qalır. Yoxsa ürəyim partlayardı".
Geyimlərini göstərən sənətçi "Var-dövlətim paltarlarım və mahnılarımdır. Heç vaxt kirayə paltar götürməmişəm. Ya tikdirirəm, ya da satın alıram. Yarısını da oğlumun evində saxlayıram" sözlərini deyib.