Rəhim Rəhimlini özündən çıxardılar – video
“Onlar” verilişi “Onların hədəfi” adlı yeni rubrikasına start verib.
Axşam.az-ın məlumatına görə, rubrikanın ilk qonağı müğənni-bəstəkar Rəhim Rəhimli olub. Sənətçi müsahibə verərkən bir gənc yaxınlaşaraq ona sərt sözlər deyib:
“Studiyadan tez çıxın, kamera lazımdır, gözləyirlər. Bayaq müsahibə verdiniz də. Bəsdirin, eyni müğənni nə qədər olar?! Başqa müğənnilər də çəkilməlidir”.
Özündən çıxan R.Rəhimli əsəblərini cilovlaya bilməyib:
“Sən kimsən ki, mədəniyyətsizlik, tərbiyəsizlik edirsən? Bayaq başqa veriliş idi, indi başqasıdır. İndi sənin rəhbərinlə danışacağıq”.
Sonradan bunun zarafat olduğunu öyrənən Rəhim sakitləşib.